Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Leverkuzen “Bayer”i ilə qarşılaşma üçün Almaniyaya yola düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı klubun rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, matçdan bir gün əvvəl, yerli vaxtla 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da komandanın açıq məşqi nəzərdə tutulub.
Oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, “Qarabağ” və “Bayer” əvvəlki iki qarşılaşmada qələbə qazanıb.