Bütün ailə çörək ardınca qaçıb
“Qalatasaray”ın məşhur oyunçusu, argentinalı Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara maraqlı açıqlamalar verib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “ulduz” futbolçunun həyat yoldaşı Vanda Nara İkardinin pulsuz-parasız qaldığı vaxtlardan danışıb:
“Mauro sadə, kasıb bir ailənin övladıdır. Mənə uşaqlıq illərindən çox danışıb. Uşaq vaxtı pulunun heç olmadığını deyib. Ailənin ehtiyaclarını ödəmək üçün bütün ailə üzvləri çalışmaq məcburiyyətində qalıb. Sözün həqiqi mənasında çörək ardınca qaçıblar. Mauro uşaqlığında yaşadığı sıxıntıları övladlarımız yaşamasın deyə, onlar üçün yaxşı nə varsa, etməyə çalışır. Məsələn, “İphone 15” satışa çıxan kimi övladlarımızın hər birinə aldı. Onu 12 ildir tanıyıram. Münasibətlərimiz çox yaxşıdır. Bu, hazırkı dövrdə çətin işdir, hər kəsə nəsib olmur. Mauro həmişə mənim üçün “1” nömrədir. Əvvəlcə o, sonra uşaqlar. Hər şeydən əvvəl onun sahib olduğu qəlbə və onun nə qədər gözəl insan olduğuna baxıram”. Mauro İkardi isə “Bayer Münhen” oyununun ardından sosial media hesabından etdiyi paylaşımda bunları yazıb: “Bu gün burada olduğum üçün özümü xoşbəxt saydığımı hər kəsə bildirmək istəyirəm. Oyunun nəticəsinə rəğmən bu komanda ilə qürur duyduğumu bildirirəm. İnsanlara sevgilərinə görə minnətdaram. Bu komanda ilə zəfər qazanacağımıza əminəm!”.