Avropanın top komandalarının növbəti reytinq cədvəli açıqlanıb.
Trend xəbər verir ki, siyahıda Avropanın 415 ən güclü klubu yer alıb.
Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 224 xalla 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.
27 xala malik “Neftçi” isə bir pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 238-cidir.
“Sabah” bir pillə irəliləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 265-cidir.
“Qəbələ” 3 pillə geriləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 380-cidir.
Qeyd edək ki, siyahıya 2205 xala malik “Real” başçılıq edir.