"Qalatasaray"da Fernando Muslera sevinci yaşanır. Super Liqada "Sarı-qırmızılar"ın "Kasımpaşa" ilə qarşılaşmasında zədələnən Musleranın uzun müddət meydandan uzaq ola biləcəyi bildirilirdi.
Sherg.az xəbər verir ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının A qrupunun 4-cü həftə matçında sabah Almaniyada "Bavariya" ilə qarşılaşacaq. "Sarı-qırmızılılar"ın kapitanı Muslera son məşqdə komanda ilə çalışmalara başlayıb.