Bir zamanlar dünyanın ən önəmli ulduzları arasında yer alan və karyerasını Türkiyədə "Başakşehir" forması ilə başa vuran Məsut Özil üçün atası Mustafa Özildən təəccüblü etiraflar gəlib. Almaniya mətbuatına açıqlama verən Mustafa Özil Məsut Özilin Türkiyə Milli Komandasında oynamaq fikrinə qarşı olduğunu və onu Almaniya Milli Komandasında oynamağa razı saldığını etiraf edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada "Şalke" infrastrukturunda futbol oynamağa başlayan Məsut Özil "Verder Bremen"lə adından söz etdirdi və tezliklə "Real Madrid"ə transfer oldu. Karyerasının ən özəl mövsümlərini İspaniya nəhəngində Ronaldo və Benzema ilə keçirən Məsut Özil 2013-2014 mövsümünün əvvəlində "Real Madrid"dən ayrılaraq "Arsenal"a yollanıb.
2020-2021 mövsümünün fasiləsində "Fənərbaxça"ya keçərək bütün diqqətləri üzərinə çəkən ulduz futbolçu karyerasını "Başakşehir" forması ilə başa vurub. Möhtəşəm karyerasına 1 Dünya Kuboku, 1 La Liqa çempionluğu, 1 İspaniya Kuboku, 4 İngiltərə Liqa Kuboku, 2 İngiltərə Super Kuboku (Community Shield) və 1 Almaniya Kubokunu yazan Məsut Özil 2022-ci ildə futboldan ayrıldığını açıqlayıb.
Məsud Özilin atası Mustafa Özil “Bild”ə açıqlamasında şəxsən Məsut Özili Almaniyada oynamağa razı saldığını bildirib:
"Bir menecer olaraq hər zaman vizyon sahibi olmalısan. Bir misal: Almaniya millisində oynamaq qərarı. Ailəmdə demək olar ki, hamı Məsutun Almaniyada oynamasına qarşı idi. Hətta onun ölkəsinə xəyanət etdiyini söylədilər. Məsut mənim yanıma gəldi, bu haqda danışdıq və şübhələrini anladım. O vaxt onun cəmi 18 yaşı vardı, gənc oğlan idi və dostları Türkiyə millisində oynayırdı. Məsut dedi: "Qanım qırmızıdır". Ona dedim: Hamımızın qırmızı qan var! Bununla belə, mən onu Almaniyada oynamağa razılaşdıra bildim. Bu, ən çox "Yaxşı qərar idi. O, 2018-ci ilə qədər Almaniya millisində 92 beynəlxalq oyun keçirib və 2014-cü ildə dünya çempionu olub. Bu, bir futbol üçün ən böyük şərəfdir. Bir oyunçu üçün orda oynamaq, bu, tamamilə doğru qərar idi. Məsutun karyerası 2018-ci ilə qədər əla idi. O, 2013-cü ildə o vaxtkı ən bahalı alman futbolçu kimi İngiltərəyə transfer olundu. Baş məşqçi Arsen Venger komandanı xüsusilə Məsut üçün yenidən qurmuşdu və oyun tərzini ona uyğun düzəltmişdi. Madriddə o vaxta qədər heç vaxt belə futbolçu olmamışdı. O, Məsutdan qazandığı qədər pul qazanmadı".