Neymarın evinə oğru girib: Qızını və  həyat yoldaşını qaçırmağa...

Ulduz futbolçu Neymar zədədən sonra ikinci şok yaşayıb. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı ulduz Neymarın yeni doğulan qızı Mavie və sevgilisi Bruna Biancardi silahlı basqınçılar tərəfindən qaçırılmağa cəhd edilib.

Üç silahlı hücumçu Neymarın sevgilisinin San-Pauludakı evinə daxil olub. Hücum edənlər Neymarın qızı və həyat yoldaşını istəyiblər və Biankardinin valideynlərinin əllərini bağlayıblar. Lakin qonşular hadisəni görüb mühafizə çağırıb və oğrular qaçıblar.

Sao- Paulo İctimai Təhlükəsizlik Departamentindən verilən açıqlamada deyilir: "3 silahlı şəxsin evə girərək 50-52 yaşlarında olan qurbanları zərərsizləşdirdiyi öyrənilib. Şübhəlilər pulqabı, saat və qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə ilə bağlı 20 yaşlı gənc həbs edilib. İkinci şəxs müəyyən edilib.  Hadisəni törədən üçüncü şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir". 

Neymar da "Allaha şükür, hər kəs yaxşıdır" deyə mesaj atıb.