“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.
Bu barədə Axar.az-a “Qarabağ”ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Bayer 04” matçı saat 21:45-də başlayacaq