8 Noyabr – “Zəfər günü” münasibətilə idarə, müəssisə və təşkilatlar arasında "Zəfər kuboku" uğrunda mini-futbol üzrə şəhər turniri keçirilib.
Sherg.az xəbər verir ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin komandası birinci, “GİLTELX” MMC-nin komandası ikinci, STP GLOBAL CABLE MMC-nin komandası üçüncü yerə layiq görülüb.
Çempion komanda - Abşeron-Xızı Regional Təhsil İdarəsinin komandası bu heyətlə çıxış edib:
Məşqçi : Əsəd Əlimirzəyev
Oyunçular: Xəlilli Nurlan
Namiq Həsənov
Nemət Qafarlı
Rövşən Quliyev
Vüsal Abdullayev
Ramil Ağayev
Alim Əliyev
Pərviz Bağırov
Zaur Qurbanov
Anar Tahirov
1-ci yerin sahibi olan qalib komandanı möhtəşəm gündə, möhtəşəm qələbə münasibəti ilə təbrik edirik.