UEFA reytinqi: Azərbaycanın əmsalı və mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində əmsalı və mövqeyi dəyişməyib.

“Report”un məlumatına görə, buna səbəb “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Rusiyadan cəmi 0,757 əmsal geri qalır.

Baş tutan qarşılaşmalar Slovakiya və Bolqarıstanın irəliləməsinə, Rusiyanın isə geriləməsinə səbəb olub.

Reytinqə 95,053 əmsalla İngiltərə başçılıq edir. İspaniya (82,114) ikinci, İtaliya (78.426) isə üçüncü pillədə qərarlaşıb.