"Beşiktaş"da ikiqat zədə şoku! Abubakar və Cenk Tosun...

“Antalyaspor”a məğlubiyyətdən sonra “Bodo/Glimt” matçında məğlub olan “Beşiktaş”ın iki ulduzundan pis xəbər gəlib.
Sherg.az xəbər verir ki, pis nəticələrdən sonra Burak Yılmazla yollarını ayıran "Beşiktaş" ulduz futbolçularının zədə xəbəri ilə sarsılıb. "Qara-ağlı" komanda Cenk Tosun və Abubakarın zədələrini açıqlayıb.

 Ağrı hiss edən Vinsent Aboubakarın budunun arxa əzələsində (biceps femoris) gərginlik və qanaxma olduğu bildirilib. 

Cenk Tosunun isə MRT-də bud əzələsinin (biceps femoris) arxa hissəsində gərginlik olduğu da açıqlanıb.

 Vincent Aboubakar və Cenk Tosunun müalicələrinə start verilib.