"Beşiktaş"da Rıza Çalımbay dövrü başlayır

Burak Yılmazın istefa qərarından sonra  "Beşiktaş"ın yeni məşqçisi bəlli olub. Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu ad Rıza Çalımbaydır.

"Beşikta"ş Futbol Yatırımları Sanayi və Ticarət A.Ş.-dən İctimaiyyəti Məlumatlandırma Platformasına göndərilən açıqlama belədir:

“10.11.2023 (bu gün) tarixindən etibarən Cənab Rıza Çalımbay ilə Peşəkar Futbol Komandamızın məşqçisi kimi razılıq əldə olunub.”

Yeni baş məşqçimiz Rıza Çalımbay sabah (11 noyabr) saat 12.00-da BJK Nevzat Demir Təsislərində mətbuat konfransı keçirəcək.

Rıza Çalımbaya vəzifəsində böyük uğurlar diləyir və hörmətlə ictimaiyyətə təqdim edirik”.