Nə gündəsən, Bekhem! Son görünüşü gündəm olub

24 ildir Viktoriya Bekhemlə evli olan keçmiş futbolçu Devid Bekhemin son görünüşü görənləri təəccübləndirib. Qucağında keçi ilə poza verən 48 yaşlı məşhura izləyiciləri tərəfindən şərhlər gəlib.

Sherg.az xəbər verir ki, Viktoriya - Devid Bekhem cütlüyü indi də paylaşımları ilə gündəmdədirlər. Sosial media hesabında "Mən balaca dost tapdım" qeydi ilə poza verən Bekhem 12 yaşlı qızı Harper Sevenə də səslənib.

 
Hazırda kifayət qədər keçilərinin olduğunu vurğulayan Bekhem ancaq onlara sahiblənə bilməyəcəklərini bildirib.

Bir vaxtlar "Mançester Yunayted"in ulduzu olan sabiq futbolçunun illər ərzində dəyişməsi görənləri təəccübləndirib. Məşhur adın ünvanına “Təəssüf ki, qocalırsınız!”, “Saç transplantasiyası yenidən edilməlidir” kimi şərhlər gəlib.