Superliqada Burak Yılmazla yollarını ayıran "Beşiktaş"da sakitlik yoxdur.
Yılmazın Vinsent Aboubakarla bağlı səsləndirdiyi iddialar idman gündəmində olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, kamerunlu futbolçunun əvvəlcədən avans üçün müraciət etməsinin səbəbi tamamilə şəxsi olub.
Hücumçu klubdan aldığı avansla boşandığı keçmiş həyat yoldaşına pul verib. Onun bir hissəsini öz ölkəsində tikdirdiyi otelə sərf edib.