İngiltərə Premyer Liqası: “Mançester Yunayted” Liverpul təmsilçisini darmadağın edib

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində Liverpulun “Everton”u “Mançester Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, matçı Con Bruksun rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

“Qudison Park”da baş tutmuş oyunun qalibi qonaqlar olub. Oyunda hesab hələ üçüncü dəqiqədə açılıb: “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Alexandro Qarnaço eyni ilə Ueyn Runinin 2011-ci ildə “Mançester Siti”yə vurduğu əfsanəvi qol kimi “qayçı” zərbəsindən fərqlənib. Matçda növbəti qolu 56-cı dəqiqədə Markus Raşford penaltidən vurub. 75-ci dəqiqədə isə Antoni Marsyal qonaqların üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, 13 oyundan sonra “Everton”un aktivində cəmi dörd xal var. Mersisayd təmsilçisi 19-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 24 xalla liqada 6-cı yerdədir. Onu ilk dördlükdən dörd xal ayırır.