Abubakardan əks həmlə: MƏŞQƏ BAŞLADI

Bu həftənin əvvəlində "Beşiktaş"ın heyətindən 5 futbolçu çıxarıldığı zaman diqqətləri üzərinə çəkən Vinsent Aboubakardan təəccüblü hərəkət gəlib.

Sherg.az xəbər verir ki, "Beşiktaş"ın kamerunlu hücumçusu Vinsent Aboubakarın heyətdən kənarlaşdırılması qərarından sonra sosial şəbəkədə sürpriz addım atıb.

Heyətdən kənarlaşdırıldıqdan sonra Abubakar şənbə günü məşqə çıxıb və atletik performans üzrə məşqçi Miguel Peiro Montanana ilə işləyib.