Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIVB Qadınlararası Dünya Çempionatında çempion olması münasibətilə "Eczacıbaşı Dynavit"i təbrik edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan təbrik mesajında bu ifadələri işlədib:
"Eczacıbaşı" İdman Klubunu üçüncü dəfə FIVB Qadın Voleybol Klublararası Dünya Çempionatına yüksəldiyi üçün ürəkdən təbrik edirəm. Tarixdə ilk dəfə finalda üz-üzə gələn və bizi qürurlandıran iki türk voleybol komandamız "Eczacıbaşı" və "Vakıfbank"a təşəkkür edirəm. ”.