Xankəndidəki oyunu gözləyirik - Qurbanov

Təəssüratımız çox xoşdur. Oyunu səbirsizliklə gözləyirik. Təəssüratım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə Azərbaycan Kuboku çərçivəsində MOİK-lə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Qeyd edək ki, dekabrın 21-də ölkə kuboku çərçivəsində Xankəndidə "Qarabağ" MOİK-lə 1/8 final oyununu keçirəcək.