"Qarabağ" Xankəndidə MOİK-ə qalib gəlib - FOTO - VİDEO - YENİLƏNİB-1

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ" Xankəndidə MOİK-ə qalib gəlib.
Apasport.az xəbər verir ki, tarixi qola Nəriman Axundzadə imza atıb.

“Qarabağ”ın futbolçusu MOİK-lə matçda komandasına 1:0 hesablı qələbə qazandırıb.

“Köhlən atlar” bu nəticə ilə 1/4 finalda “Sabah” klubuna rəqib olublar.


11:36

Xəbərə video əlavə olunub. Telegram Widget
Media is too big
VIEW IN TELEGRAM
🏟️📍🥅 Xankəndidə tarixi oyun: “Qarabağ”la MOİK üz-üzə gəlir, azarkeşlər stadiona buraxılır

@apa_az



10:46

Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə iki matç keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk görüşü Xankəndidə baş tutacaq.

Müstəqillik illərində ilk dəfə rəsmi oyunu Xankəndi şəhər stadionu qəbul edəcək. Bu tarixi qarşılaşmada “Qarabağ”la MOİK üz-üzə gələcək. Premyer Liqanın lideri I Liqa təmsilçisi ilə görüşdə favorit sayılsa da, Ordu klubu meydana sensasiya üçün çıxacaq.

Bu cütün qalibi 1/4 finalda “Sabah”la görüşəcək. Mərhələnin matçları 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu təşkil olunacaq.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu