Yunanıstanın "Panatinaikos" komandası ilə müqavilə imzalayan Fatih Terim imza atmaq üçün Afinaya uçub. Hava limanında açıqlama verən Terim, "Deyəcək çox sözümüz olacaq, amma indi yox" deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim 1,5 illik müqavilə imzalayacaq Terim Afinaya uçub.
Onun bu gün komandası ilə ilk məşqinə çıxacağı gözlənilir.
Terimin texniki heyətində "Qalatasaray"da onun köməkçi məşqçisi Necati Ateş, Mert Çətin, Eray Sözen və Tuğberk Tanrıvermiş də yer alacaq.
Tanrıvermişin İtaliyanın "Roma" komandası ilə müqaviləsinə xitam verdikdən sonra komandaya qoşulacağı gözlənilir.