Xabi Alonsonun rəhbərliyində "Bayer Leverkuzen" Almaniya futbolu tarixinə düşüb. Öz meydanında “Maynts”ı 2:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” məğlubiyyətsizlik seriyasını 33 matça çatdıraraq rekorda imza atıb.
Sherg.az xəbər verir ki, Bu qələbə ilə "Bayer" ən yaxın izləyicisi “Bavariya” ilə xal fərqini 11-ə yüksəldib.
Mövsümün əvvəlindən bu yana keçirdiyi 33 rəsmi matçın heç birində məğlub olmayan "Bayer Leverkuzen" 2019-2020 mövsümündə "Bayern Münhen"in rekordunu geridə qoyub.