Super Liqada "Beşiktaş" "İstanbulspor"u Semih Kılıçsoy və Ernest Muçinin qolları ilə 2:0 hesabı ilə məğlub edib. “Qara-ağlar” “Qalatasaray” derbisi öncəsi məğlubiyyətsizlik seriyasını 4 matça çatdırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu nəticə ilə xallarını 46-ya yüksəldən "Beşiktaş" top fərqi ilə 4-cü pillədə qərarlaşıb. "İstanbulspor" 12 xalla liqanın sonuncu pilləsində qərarlaşıb.
"Beşiktaş"da "Qalatasaray" derbisi öncəsi kart limitində olan Gedson Fernandes "İstanbulspor" matçının 34-cü dəqiqəsində sarı vərəqə alaraq derbi öncəsi cəzalanıb.