Mövsümün əvvəlində "Fənərbaxça"dan "Real"a transfer olunan və çox oyun keçirməyən Arda Gülər üçün yeni iddia ortaya atılıb.
Sherg.az xəbər verir ki, ispan jurnalist Ramon Alvaresin xəbərinə görə, milli futbolçunun gələn mövsüm komandadan ayrılmaq istədiyini "bənövşəyi-ağlar"a çatdırdığı iddia edilib.
Baş məşqçi Karlo Ançelottinin Ardanın icarə əsasında getməsi fikrinə müsbət yanaşdığı da vurğulanıb.
18 yaşlı futbolçu 7 matçda 98 dəqiqə meydanda olub və 1 qola töhfə verib.