Milli Komandalar üçün AVRO 2024-ə geri sayım davam edir.
Sherg.az xəbər verir ki, Türkiyə millisi turnir öncəsi son yoldaşlıq görüşünü saat 21.45-də Polşaya qarşı keçirəcək.
Baş məşqçi Vinçenso Montella Varşavadakı oyunun yaxşı sınaq olacağını bildirib.
Ay ulduz futbolçular AVRO-2024-ü həyəcanla gözləyir.
AVRO-2024-də iştirak edəcək rəqib Polşanın heyətində Levandovski, Zielinski və Şimanski kimi adlar yer alıb.
Milli komanda son məşqdən sonra turnir səyahətinə çıxacaq.
Ay-ulduz komandası sabah saat 17.30-da AVRO 2024-ün keçiriləcəyi Almaniyaya yollanacaq.
F qrupunda Gürcüstan, Portuqaliya və Çexiya ilə qarşılaşacaq Türkiyə milli komandası iyunun 18-də ilk oyununda Dortmundda Gürcüstanla qarşılaşacaq.
Türkiyənin mümkün 11-lik heyəti belədir:
Mert Günok, Mert Müldür, Merih, Abdülkerim, Ferdi, İsmayıl, Hakan; İrfan Can, Arda, Kənan və Barış Alper