Bruklin Bekhem niyə atası kimi futbolçu olmadı? - SƏBƏB

Dünyaca məşhur futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem atası kimi futbolçu olmamasının səbəbini açıqlayıb.

Sherg.az xəbər verir ki, Bruklin Bekhem, "Mən həmişə futbol dünyasına daxil olmaq istəmişəm. Uzun müddət oynadım. Əslində mən bu işi çox sevirdim”- deyə bildirib.

Lakin Bruklin hər şeyin yaxşı getmədiyini deyib: "Futbol oynadım, amma istədiyim kimi olmadı. Ona görə də fotoqrafiyaya üz tutdum. Bir neçə il bu işlə məşğul oldum və çox əyləndim. Sonra bir az modellik də etdim".

Bruklin Bekhem hər seçimdə ailəsinin onu dəstəklədiyini bildirib:

“Valideynlərim  nə etdiyimi və nə etmək istədiyimin qarşısını almadılar. Ancaq onlar dedilər ki, nə qədər ki, yaxşısan, nə qədər ki, təvazökarsan,çalışdığın müddətdə hər şey yolunda olacaq. Bu, ən vacib şeydir, nə istəyirsən edə bilərsən, ancaq ən yaxşısı olmağa çalış".