Parisdə keçirilən Olimpiya oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçışda Avropa rekordu qıran fransalı idmançı tribunada sevgilisinə evlilik təklifi edib.
“Şərq” xəbər verir ki, idmançının sevincli anları sosial mediada trendə çevrilib.
Qadınların 3000 metr maneəli qaçışını 08:58:67 nəticə ilə tamamlayan 33 yaşlı Alice Finot dördüncü olub və bu dəfə Avropa rekordunu qırıb. Yarışdan sonra Finot tribunalara tərəf qaçaraq sevgilisinin qarşısında diz çökərək ona evlilik təklifi edib.
Həmin anlar stadionda olan hər kəsi təəccübləndirib. Sevgilisi Finotun təklifinə "Bəli" deyib. Stadionda gurultulu alqış sədaları eşidilib.