"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi və həyat yoldaşı Vanda Naranın boşanma xəbərləri ilə gündəm olub. İkardinin qisas almaq üçün qollarını çırmaladığı və Vandanın kredit kartlarını blokladığı iddia edilir.
Sherg.az xəbər verir ki, Naranın vəkili Ana Rosenfeld qatıldığı proqramda mövzu ilə bağlı bu açıqlamaları verib:
"Burada yalan yoxdur, əksinə. Bunlar faktlardır, təbii ki, dünya getdikcə həqiqətə çevrilir. Bu məlumatın haradan qaynaqlandığını bilmirəm. Düzdür, kişilər bunu çox vaxt məcburiyyət tədbiri kimi istifadə edirlər. . Əlli ildir üzərində işlədiyim işlərdə kişilərin ilk işi kredit kartını kəsmək və ya aliment ödəməkdir" deyə bildirib.
Qeyd edək ki, bir az öncə Argentinalı model Vanda Nara da əri Mauro İkardini İnstaqramda izləməyi dayandırıb və ayrılıq iddiaları güclənib. Məşhur model daha sonra sosial şəbəkədə ərini yenidən izləyib.