Aslıhan Doğan: Əsl Ardanı hər kəs tanıyacaq!

“Qalatasaray”, “Manisaspor”, “Atletiko Madrid”, “Barselona” və “Başakşehir” kimi klublarda forma geyinmiş keçmiş milli futbolçu Arda Turanın (37) həyatından bəhs edən “Arda Turanın gerçək üzü” adlı sənədli filmin dünən axşam saatlarında Kanyon AVM-də nümayişi keçirilib.

Sherg.az xəbər verir ki, mətbuat mənsublarının suallarını cavablandıran Turan, "Bu, əsl hekayədir, əvvəldən axıra qədər doğrudur. Bu, oğullarıma, həyat yoldaşıma və gənclərə buraxmaq istədiyim bir miras idi. Hesabat vermək çox çətin bir şey, amma vicdanlı bir insan görəcəksiniz, çünki mən elə bie xarakterəm. Hər kəs zamanında məni çox sevdi, Arda olmağımı istədilər, amma bu mümkün deyil ” deyə qeyd edib.

 
İllərdir "Eyüpspor"u çalışdıran keçmiş futbolçunun məşqçisi olan Fatih Terim, "Ardanı 12 yaşından tanıyıram. Sevincini, kədərini, yüksəlişini, uğurunu və sirlərini bilirəm. Ona baxanda bu gün gözəl bir həyatı olan birini görürəm. Bu hekayə yalnız futbolla bağlı deyil. Və o, məşqçi olaraq davam edir. Onun Türkiyənin ən karyeralı futbolçusu və ən karyeralı məşqçilərindən biri olacağına tam inanıram. Mən bura ailəmlə gəldim, onlarla birlikdə izləyəcəm”- deyə bildirib. 


 
Aslıhan Doğan da həyat yoldaşı və iki oğlunun atası haqqında danışıb: "Məncə çox gözəl  bir sənədli film idi. Hər mərhələdə olmasam da, bacardığım qədər orada idim. İnsanın özü ilə üzləşməsi bəzən çətin olur. Həyat yoldaşımı təbrik edirəm. Daha əvvəl verilməmiş sualları cavablandıra bilmək çox gözəl bir şeydir. Arda bütün cəsarəti ilə hər şeyi şəffaf şəkildə danışdı və anlatdı. Mənə elə gəlir ki, hər kəs əsl Ardanı bu filmdə tanıyacaq”.