Superliqa: “Trabzonspor” – “Beşiktaş” oyununda qalib müəyyənləşməyib

Futbol Türkiyə Superliqasında V turun mərkəzi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "Trabzonspor" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Meydan sahiblərinin heyətində Okay Yokuşlu, qonaqlarda isə Gedson Fernandeş fərqləniblər.

Türkiyə Superliqasında "Beşiktaş" 10 xalla 4-cü, "Trabzonspor" isə 3 xalla 13-cü pillədə qərarlaşıb.