Klozedən Mahir Emreli ilə bağlı şad xəbər

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqda danışıb. 
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis azərbaycanlı hücumçunun oynamağa hazır olduğunu söyləyib:
"Emreliyə VI turda "Herta" ilə matçda şans verəcəm. Mahirin bu görüşdə start heyətində yer alıb-almayacağını hələ bilmirəm. Bu, onun üçün hələ tez ola bilər. Amma əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək”.