Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gəliblər.
Axar.az xəbər verir ki, hər iki görüş VII turda baş tutacaq.
Kişilərdən ibarət seçmə rəqibinə 3:1 hesabı ilə qalib gələrək yarışda 5-ci qələbəsini əldə edib.
Qadınlardan ibarət milli isə rəqibinə eyni hesabla uduzaraq olimpiadada ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.