"Az qaldı" - Fernando Musleranın paylaşımı çaşqınlıq yaradıb

Superliqanın 7-ci həftəsində "Qalatasaray" öz meydanında "Kasımpaşa" ilə 3-3 bərabərə qalıb.
Sherg.az xəbər verir ki, "sarı-qırmızılı" azarkeşlər hesabı 3-0-dan 3-3-ə dəyişdirdikdən sonra Muslera başda olmaqla bir çox adı tənqid ediblər.

Bundan sonra "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera sosial media hesabında diqqətçəkən paylaşım edib. 


"Sarı-qırmızılı" komandanın kapitanı İnstaqram hesabında "Az qaldı" paylaşımını edib. O, bu yazıda qum saatından da istifadə edib.