AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“Sherg.az” İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.
Xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb.
“Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cərimə edilib. “Araz-Naxçıvan”la görüşdə 4 oyunçusu xəbərdarlıq alan “Səbail”in də cəzası eyni olub.
Belə cərimə “Şamaxı” – “Turan Tovuz” oyununda hər iki komandaya tətbiq edilib. “Şamaxı” 4, “Turan Tovuz” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.