Acundan İkardiyə təpki: "Fənərbaxça" prezidentini ələ salır...

"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı Mauro İkardinin üzərində "Fənərbaxça"nın prezidenti Ali Koçun adı olan formaya istinad etməsinə təpki verib. 
Sherg.az xəbər verir ki, "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı ötən mövsüm çempionluq qeyd etmələri və bu mövsüm derbi qələbəsi qazanan İkardinin üzərində Ali Koçun adı olan "Qalatasaray" forması geyinməsi ilə bağlı açıqlama verib. 


Beyaz TV-yə danışan Ilıcalı, "Qalatasaray"lı futbolçunun forma geyinərək "Fənərbaxça" prezidentinə mesaj göndərməsi hörmət çərçivəsini məhv edən davranışdır" deyib. 

Ilıcalı sözlərini belə davam etdirib:


 
"Qalatasaray"lı futbolçunun "Fənərbağça" prezidentini ələ salması hörmətsizlikdir. Buna icazə versəniz, sabah futbolçularımızı saxlaya bilməyəcəyik".