Yurgen Kloppun yeni iş yeri məlum oldu

"Liverpul"la yollarını ayıran təcrübəli almaniyalı mütəxəssis Yurgen Kloppun yeni iş yeri məlum olub.
Oxu.Az xəbər verir ki, məlumatı idman jurnalisti Fabritsio Romano yayıb.
Belə ki, 57 yaşlı Y.Klopp "Red Bull" şirkətinin futbol proqramının rəhbəri olacaq.
Mənbənin iddiasına görə, Y.Klopp bu vəzifənin icrasına 2025-ci ilin yanvarın 1-dən başlayacaq.
Xatırladaq ki, Yurgen Klopp "Liverpul"lu tərk edəndən sonra bir daha baş məşqçi kimi fəaliyyət göstərməyəcəyini açıqlamışdı.