Messi Kənan Yıldızı da seçib

Dünyaca məşhur ulduz futbolçu Lionel Messi də gənc futbolçular siyahısına Türkiyə milli komandasının parlayan dəyəri Kənan Yıldızı seçib.
Sherg.az xəbər verir ki, Lionel Messi idman geyimi markası ilə iş birliyinə uyğun olaraq dünyanın müxtəlif yerlərindən seçdiyi 10 gənc futbolçunun yeni ayaqqabı seriyasını geyindiyini açıqlayıb. 


Karyerasını “İnter Mayami”də davam etdirən Messinin seçdiyi adlar arasında “Yuventus” və Türkiyə milli komandasında çıxış edən Kənan Yıldız da olub.