Neymar rəsmən "Santos"da

"Santos" Neymarın transferini gerçəkləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Braziliya təmsilçisi 32 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, daha öncə Neymar "Əl-Hilal"dan ayrılıb. O, "Santos"un yetirməsidir və 2009-2013-cu illərdə klubun əsas komandasında çıxış edib.