Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb
Yusif Nəzərli
15:38 29.05.2025
Siyasət
384
28 May – Müstəqillik Günü münasibətilə Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə Azərbaycan bayrağı ucaldılıb. Mərasim "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə Sherg.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Kanadadakı səfiri Can Dizdar və Kanada parlamentinin ilk türk əsilli deputatı Sima Acan iştirak edib.
Kanada Azərbaycan Evinin təmsilçisi Sevinc Quliyeva, deputat Sima Acan, səfir Can Dizdar və müvəqqəti işlər vəkili Vasif Abutalıbov Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin müstəqillik tarixindən və onun əhəmiyyətindən danışıblar.
Tədbir bədii proqramla davam edib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Azərbaycan rəqsləri və nağara ritmləri ilə çıxış ediblər. Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, 2023-cü ildə fəaliyyətə başlayan Kanada Azərbaycan Evi xaricdə mədəniyyətimizin, tariximizin, milli dəyərlərimizin yaşadılması və tanıdılması istiqamətində işlər görür.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm