Azərbaycan boksçusu Avropa çempionatında gümüş medal qazandı


Azərbaycan boksçusu Ruslan Qədirov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 54 kq çəki dərəcəsində rəqib türkiyəli Samet Gümüş olub.

Rəqibinə məğlub olan Qədirov gümüş medalla kifayətlənib.