Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda uduzub

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya yığması yoldaşlıq görüşü keçirib.

"Report"un məlumatına görə, Ştefan Tarkoviçin baş məşqçi olduğu komanda Norveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Skandinaviya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Norveçin qollarını 77-ci dəqiqədə Erlinq Holann və 80-ci dəqiqədə Martin Edeqor vurub.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.