Bakıda Dünya Kuboku: Azərbaycan gimnastları dörd finalda mübarizəyə qoşulurlar
Yusif Nəzərli
05:45 23.04.2023
İdman
650
Aprelin 23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final yarışları keçiriləcək.
Trend xəbər verir ki, yarışlar saat 11:55-də start götürəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun final günündə altı dəst medal oynanılacaq (dördü fərdi hərəkətlərdə, ikisi isə qrup hərəkətlərində).
Həmçinin ənənəyə uyğun olaraq, qrup hərəkətlərində çıxışa görə ən yüksək xal toplamış idmançıya və komandaya AGF Trophy Kuboku veriləcək.
Azərbaycan yığması Dünya Kubokunun dörd finalında təmsil olunur: Zöhrə Ağamirova top və gürzlərlə proqram nümayiş etdirəcək, qrup hərəkətlərində isə komanda əvvəlcə beş halqa, daha sonra isə üç lent və iki top ilə kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alır.
Qeyd edək ki, aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışları keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən fərdi və qrup hərəkətləri proqramı üzrə çıxış edən 135 gimnast iştirak edir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya