Bu gün “Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq
05:08 19.09.2019
İdman
672
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.
APA -nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda yer alan təmsilçimiz İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bu oyun A qrupunun I turu çərçivəsində baş tutacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” qrupdan çıxmağa iddia etdiyindən evdə uduzmamalıdır. Düzdür, rəqib La Liqanın lideridir və Avropa Liqasında qazanılan kubok sayında rekordçudur. Amma “Qarabağ”ın evdə güclü rəqiblərin əksərinə ciddi müqavimət göstərdiyini də nəzərə almaq lazımdır. Avropa Liqasının beşqat qalibi ilə görüşdə qazanılacaq xal təmsilçimizin 1/16 finala vəsiqə uğrunda mübarizəsi baxımından əhəmiyyətli olacaq.
İndiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə “Sent-Etyenn”, üç il əvvəl “Slovan”la heç-heçə edib. Bu dəfə də Q.Qurbanovun yetirmələri xal qazanmaq üçün mübarizə aparacaq.
Qrupun digər matçı Kiprdə baş tutacaq. APOEL öz meydanında Lüksemburq klubu “Düdelanj”ı sınağa çəkəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim:Yevgeni Aranovski
Baş hakimin köməkçiləri:Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim:Yaroslav Kozik (hamısı Ukrayna)
Hakim-inspektor:Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi:Boris Stankov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə