Çin Premyer Liqa turunun oyunlarını göstərməyəcək

Çin İngiltərə Premyer Liqa turunun oyunlarını göstərməkdən imtina edib. “Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, Çin höküməti bunu Premyer Liqanın Ukraynanı dəstəklədiyinə görə edib. 

Çində Premyer Liqanın yayım hüququna sahib olan iQIYI yayım şirkəti artıq Premyer Liqa rəhbərliyini öz qərarı ilə bağlı məlumatlandırıb.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi klub kapitanlarının çempionat matçları zamanı Ukrayna bayrağının rənglərində xüsusi sarğı taxacaqlarını açıqlayıb. İngiltərə çempionatında növbəti turun oyunları martın 5-dən 7-dək keçiriləcək.

Çimnaz