Deputat:“Bacımoğlu futbolçu idi, onu idmandan ayırdım, indi mayordur”
Yusif Nəzərli
14:12 02.02.2022
İdman
979
Dünyada uşaq futboluna xüsusi önəm verilir. Futbolun inkişafı üçün uşaq futboluna təkan verilməlidir. Gələcəyin Messi, Ronaldo kimi futbolçuları akademiyalarda yetişir. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov söyləyir ki, get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir. Onun fikrincə, aşağı yaş qruplarında vəziyyət yaxşı deyil.
AFFA-nın bugünkü konfransında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov uşaq futbolu barədə fikirlərini bölüşüb. E.Məmmədov məktəblərdə idman dərslərinin həftədə iki dəfədən çox olmasını təklif edib:
“Bunun ancaq müsbət təsiri olar. Uşaqlıqdan məktəblərdə sağlam həyat tərzi təbliğ olunmalıdır. Təəssüf ki, pandemiya uşaqların sayına da təsir göstərdi. 20 faiz azalma var. Pandemiyadan əvvəl uşaq futbolçularının sayı 10 196 idisə, indi 8 351-ə düşüb”.
Azərbaycanda uşaq futbolunun gələcəyi ilə bağlı “Sherg.az”a danışan millət vəkili Aqil Abbas bildirib ki, rayonlarda sözügedən istiqamətə əhəmiyyət verilmir:
“ “Qəbələ”, “Neftçi”, “Qarabağ” futbol akademiyaları var. Əsas “Qəbələ”nin akademiyası uşaq futbolunu daha çox önəmsəyir. Böyük stadionlar, Olimpiya Kompleksləri tikirlər, amma işlə məşğul olan yoxdur. Yeni gənclər və idman naziri təyin olunub. Gənc oğlandır, bəlkə, bu işlərlə maraqlanar. Pul hər şey deyil, əsas məsələ mütəxəssis tapmaqda və uşaqları cəlb etməkdədir. Uşaq futbolunun yetirmələri böyüyəndən sonra komandalarda yet tuta bilmir, ortada qalırlar. Ona görə də, insanlar futboldan inciyirlər. Övladını aparıb futbola qoysun, sonra harda oynayacaq? 8 komanda var, nəsil 5-6 ildən bir dəyişir. Gərək, Yüksək Liqada komandaların sayı çoxalsın, futbolçu cəlb etmək mümkün olsun. SOKAR nə etsin? Pul rol oynamır”.
A.Abbaslının sözlərinə görə, futbola maraq göstərən istedadlı gənclər yoxa çıxır:
“Bacımoğlu yaxşı futbolçu idi. Onu futboldan ayırdım. İndi işləyir, mayordur. O vaxt Türkiyə onunla maraqlanırdı. Dedim ki, heç yerə getmə, oxu, işlə, belə olmaz. Görün, nə qədər belə potensiallı uşaqlar məhv olur.
Vaxtilə Ağdamda uşaqlar arasında bir neçə çempionat keçirilirdi. Kəndlər, kolxozlar, məhlələr arası yarışlar təşkil edilirdi. İndi Ağdamın özündə də belə yarışlar keçirilmir. Artıq rayonlarda ənənə qalmayıb.
Layihə hazırlamaq lazımdır. Braziliyalı Ziko adıyla tanınan Arthur Antunes Coimbra məşhur futbolçu var. Yaponlar oturub işlədilər, onu da dəvət etdilər. Həmin futbolçu baş məşqçi oldu. Sonra yaponlar Dünya Çempionatında ikinci yer tutdular. Hazırda yapon futbolçuları Avropa, Asiyada hər yerdə oynayır.
İngiltərədə, İspaniyada, İtaliyada öndə gedən komandalarda yaponlar yer alıb. Gərək, Azərbaycanda da futbol konsepsiyası hazırlansın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm