Dünya çempionumuz: “Belimdə yırtıq var, gəzə bilmirəm”
Yusif Nəzərli
14:30 12.11.2021
İdman
1010
“Hələ də özümdə ağrı hiss edirəm. Dünya çempionatı olan 3-4 gün ərzində temperaturum qalxmışdı. İndi temperaturum yoxdur. Bundan sonra iki dəfə koronavirus testi verdim. Hər ikisi neqativ çıxdı”.
Bunu Oxu.Az-a sərbəst güləş üzrə millimizin üzvü Əbubəkr Abakarov deyib.
Bu ay Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında çeçen əsilli idmançı da yarışmalı olsa da, o, səhhətinə görə mübarizə apara bilməyib. Abakarov bildirib ki, hazırda da özünü yaxşı hiss etmir:
“Bu soyuqdəymə belimə, onurğa sütunuma təsir edib. Ona görə də çölə çıxıb gəzə bilmirəm, ancaq yataq rejimində uzana bilirəm.
Srağagün MRT etmişəm, deyiblər ki, belimdə yırtıq var. O da iltihaba səbəb olub. Ona görə də müalicə alıram”.
22 yaşlı yeniyetmələr arasında dünya, gənclər üzrə Avropa çempionu olan Əbubəkr Abakarov U-23-lərin dünya çempionatında yarışsaydı, medal qazanacağından əminliyini bildirib:
“Düşünürəm ki, səhhətimdə problem yaranmasaydı, dünya çempionu ola biləcəkdim. Çünki bir ay əvvəl böyüklərdə dünya üçüncüsü olmuşdum. İndi U-23-lərdə dünya çempionu olan Məhəmməd Əliyevi o yarışın 1/8 finalında birinci dövrədə 13:2 udub, vaxtından əvvəl qalib elan olunmuşdum. Yeri gəlmişkən, Məhəmmədi təbrik edirəm. Bilirəm ki, o, Ukraynanı təmsil etsə də, milliyyətcə azərbaycanlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya