Lempard “Everton”un baş məşqçisi oldu - FOTO


İngiltərənin “Everton” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Bu vəzifəyə 43 yaşlı Frenk Lempard təyin olunub.

“Everton” rəhbərliyi ingiltərəli mütəxəssislə 2,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, F.Lempardın son iş yeri “Çelsi” olub.