"Milan" "Liverpul"un hücumçusu ilə  yaxından maraqlanır


"Liverpul" hücumçusu Divok Oriqi ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu belçikalı oyunçunu göndərmək fikrindədir.

Futbolçu ilə "Milan" yaxından maraqlanır. İtaliya klubu onu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır. Oriqi ilə danışıqlar aparıldığı və şifahi razılıq əldə olunduğu qeyd olunub.

2014-cü ildən "Liverpul"da çıxış edən Oriqi bu mövsüm Premyer Liqada 3 oyuna 2 qol vurub.