MOK-un İcraiyyə Komitəsində üzv sayı azaldılıb: Kimlər əvəzləndi? - ARAŞDIRMA
Yusif Nəzərli
06:21 18.12.2021
İdman
533
Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) üzvlərinin sayı azalıb.
Oxu.Az-ın araşdırmasına görə, MOK-un onlayn formatda baş tutmuş VIII Hesabat-Seçki Baş Məclisindəki seçkidən sonra say 17 nəfərdən 12 nəfərə endirilib.
Belə ki, MOK İK-nın hazırkı üzvləri bunlardır: İlham Əliyev (MOK-un prezidenti), Çingiz Hüseynzadə (MOK-un vitse-prezidenti, Atletika Federasiyasının prezidenti), Fərid Qayıbov (gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti), Azər Əliyev (MOK-un baş katibi), Zemfira Meftahətdinova (stend atıcılığı üzrə Olimpiya çempionu, MOK-un və Atıcılıq Federasiyasının vitse-prezidenti), Nazim Hüseynov (fərdi üzv, cüdo üzrə Olimpiya çempionu), Namiq Abdullayev (sərbəst güləş üzrə Olimpiya çempionu, sərbəst güləş millimizin baş məşqçisi), Fərid Mansurov (yunan-Roma güləşi üzrə Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru), Faiq Qarayev (Əməkdar məşqçi, Voleybol Federasiyasının vitse-prezidenti), Könül Nurullayeva (millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü), Mariana Vasilyeva (gənclər və idman nazirinin müavini, bədii gimnastika millimizin baş məşqçisi) və Ramil Hacı (Naxçıvan Muxtar Respublikasının (MR) gənclər və idman naziri).
2016-cı ildə MOK İK-ya seçilmişlərdən mərhum nazir Azad Rəhimovu Fərid Qayıbov əvəzləyib. Ağacan Abiyev MOK-un baş katibi vəzifəsindən çıxarıldığı üçün Azər Əliyevlə, İsmayıl İsmayılov nazir müavini postundan kənarlaşdırıldığına görə Mariana Vasilyeva ilə, həmçinin Azad Cabbarov daha Naxçıvan MR-nın naziri olmadığı üçün Ramil Hacı ilə əvəzlənib.
Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi, general-mayor Natiq Əliyevin Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindəki rəhbər postundan çıxarılması və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq vitse-prezidenti Sadıq Sadıqovun Cüdo Federasiyasındakı vitse-prezident postunu itirməsini də üzvlükdən kənarlaşdırılma ilə əlaqələndirmək olar.
Digər yeni üzvlər isə MOK-a vitse-prezident təyin olunan Zemfira Meftahətdinova, Fərid Mansurov və Könül Nurullayevadır.
Qeyd edək ki, İK Baş Məclisin yığıncaqlararası dövrdə MOK-un işinə rəhbərlik edən orqandır. İK-nın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə