“Qarabağ” “Kayrat”a qarşı - YENİLƏNİR
Yusif Nəzərli
15:37 04.11.2021
İdman
897
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşır.
Matç başlayıb, hazırda hesab açılmayıb.
18:33
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutacaq “Kayrat” - “Qarabağ” matçında hər iki komanda start heyətini açıqlayıb.
Tərəflər meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Kayrat”: 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç
Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seydaxmet, 29. Daniyar Usenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
11:34
“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin IV turu çərçivəsində Almatı şəhərində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
İki həftə əvvəl Bakıda keçirilmiş və oyuna əlavə olunmuş dəqiqə qolu ilə 2:1 qələbə qazanmış “Qarabağ” matçın favoriti hesab edilir. Komandamızda Bədəvi Hüseynov və Xayme Romeronun oynamayacağı dəqiqdir. Hər iki futbolçu zədəlidir. Meydan sahiblərində isə dizində zədəsi olan Qafurcan Suyumbayev meydana çıxmayacaq.
Qrupun digər matçında İsveçrənin “Bazel” komandası qonaq qismində Kiprdə autsayder “Omoniya”nı sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda yalnız çox top vurduğu üçün qrupun lideri olan “Bazel”in xal itirməsi, “Qarabağ”ın qələbəsi və ya “Bazel”in uduzması və “Qarabağ”ın heç-heçəsi sayəsində Ağdam təmsilçisi qrupda liderliyi ələ alacaq.
Avropa Konfrans Liqası
H qrupu
19:30 Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan)
Baş hakim: Dmitri Muntyan (Moldova)
Almatı. “Ortalık” stadionu
Turnir cədvəli
1. “Bazel” – 7
2. “Qarabağ” – 7
3. “Kayrat” – 1
4. “Omoniya” – 1
Qeyd edək ki, bu gün millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Leqiya” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın Neapol şəhərində 0:3 uduzduğu “Napoli”ni qəbul edəcək. Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya