Qazyumov:"Qorxurdum ki, millidə işim alınmayacaq"
Yusif Nəzərli
12:06 21.04.2023
İdman
598
"Ötənilki uğuru təkrarladığımız üçün şadam. Qorxurdum ki, məndə alınmayacaq. Amma hər şey əksinə oldu və komanda hesabında birinci yeri tutduq".
"Report"un məlumatına görə, bunu bunu Xorvatiyanın paytaxtı Zaqrebdə komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, bu uğurda yığmanın əvvəlki çalışdırıcısı Namiq Abdullayevin çox böyük əməyi var: "Onun qurduğu işi davam etdirirəm".
Qazyumov Zaqrebdə qazanılan nəticədən razı qaldığını söyləyib: "Daha çox qızıl medal götürmək istəyərdik. Dörd idmançımız finala çıxmışdı. Bəzi güləşçilərimiz zədəli idi. Onlar sağlam olsaydılar, daha fərqli nəticəyə imza atardıq. Təəssüf ki, 92 kq-da Osman Nurməhəmmədov, 97 kq-da Maqomedxan Maqomedov finalda uduzdular. Onlara ümidlərimiz böyük idi".
Baş məşqçi qarşıdakı planları da açıqlayıb: "Bir həftə dincəldikdən sonra Bakıda toplaşıb dünya çempionatının hazırlıqlarına başlayacağıq. Bizi bir neçə hazırlıq mərhələsi gözləyir. Bir neçə beynəlxalq turnirdə iştirak edəcəyik. Bir sözlə, Paris olimpiadasına lisenziya verən mundiala ciddi hazırlaşacağıq".
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya