Qurban Qurbanov: "Kiprdə heç nədən çəkinmirdik"
15:48 06.08.2021
İdman
397
"Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram"
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.
49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb: "Bizim köməkçi məşqçilərlə və futbolçularla azarkeşlər arasında qarşıdurma yaşandı. UEFA nümayəndəsinə də bildirildi ki, vəziyyət bir o qədər də yaxşı deyil. Amma sonda elə oldu ki, bir az sakitləşdilər. Oyun ərzində xoşagəlməz ifadələr eşidirdik. Buna baxmayaraq səbrli və təmkinli idik. Fikrimiz, diqqətimiz qarşılaşmaya yönəlmişdi. Bərabərlik qolundan sonra isə ara bir az da qarışdı".
Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: "Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqresiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilər, amma bunlar onların böyüməsinə fayda verir".
Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: "Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah "hə" və ya "yox" cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya